AzNews.az AFP-yə istinadən xəbər verir ki, etirazların 3-cü günü tələbələrin iştirakı ilə antihökümət etirazları ilə keçib.

Məlumata görə, tələbələr hökümət əleyhinə şüarlar səsləndirib və polislə toqquşublar.

Fars agentliyi 50-70 tələbəni etirazlara qatıldığını yazır. Məlumatda qeyd edilir ki, aksiya siyasi motivlər daşıyır, etirazlar zamanı iqtisadi tələblər də səsləndirilib.

Aksiya iştirakçıları bildirib ki, İran höküməti ölkənin inkişafı əvəzinə Yaxın Şərqdəki silahlı qruplaşmalara maddi dəstək göstərir.

Mitinqin dağıdılması üçün hərbi polis dəstələri də cəlb edilib.

Etirazlar dekabrın 28-də başlayıb.