Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Dünya / İranda iqtisadi cinayətlərin sayı artır

İranda iqtisadi cinayətlərin sayı artır

Son altı ayda qaçaqmalçılıqla bağlı aşkarlanan hallar artıb.

Bu da ölkə səviyyəsində iqtisadi cinayət hallarının artması ehtimalını gücləndirir.

Bu sözləri İranın İstehsalçılar və İstehlakçılara Dəstək Təşkilatının (Consumers & Producers Protection Organization) sözçüsü Qulamrza Kavə deyib.

Onun sözlərinə görə, 6 ayda qaçaqmalçılıq halları ötən ilin analoji dövrü ilə müqayisədə 24,70 %-dən çox artıb. Ötən il məhsul qaçaqmalçılığı haqda 330 mindən çox hal araşdırılıb. Bu araşdırmalar nəticəsində təxminən 14 milyon dollar dəyərində qaçaqmalçılıqla bağlı 11.263 hal aşkarlanıb və aidiyyəti orqanlara göndərilib.(trend.az)

Həmçinin oxuyun

Ermənistan prezidenti Brüsselə gedib

Ermənistan prezidenti Armen Sarkisyan Brüsselə yola düşüb. Bu barədə TASS xəbər verir. Səfər zamanı Dağlıq …