Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Dünya / İranda etirazlarda öldürülənlərin sayı 419-a çatıb

İranda etirazlarda öldürülənlərin sayı 419-a çatıb

İranda etirazlarda 419 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə ABŞ mərkəzli İranda İnsan Haqları Fəalları təşkilatı teleqramda məlumat yayıb.

Bildirilib ki, ölənlərin 60-ı yaşı 18-dən az olan şəxslərdir.

Qeyd olunub ki, 26 şəhrivər (17 sentyabr) tarixindən aparılan hesablamaya görə, 17 451 nəfər həbs olunub. Onlardan 3 024 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Eyni zamanda, həbs olunan 540 nəfər tələbədir. Nümayişlərə 142 universitetin öyrənciləri qoşulub.

Məlumata görə, ölkənin 155 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 54 nümayəndəsi öldürülüb.

Qeyd edək ki, İranda İnsan Haqları Fəalları (həmçinin HRAI və HRA kimi tanınır) İranda insan haqlarını müdafiə edən vəkillərdən ibarət qeyri-siyasi və qeyri-hökumət təşkilatıdır. HRAI 2006-cı ildə yaradılıb. Qərargahı ABŞ-ın Virciniya ştatının Ferfaks şəhərində yerləşir.

Həmçinin oxuyun

“Arvadları rus hərbçilərinə deyirlər ki…” – Zelenskayadan şok iddia

Ukraynanın birinci xanımı Alyona Zelenskaya Münaqişələrdə seksual zorakılığın qarşısının alınması üzrə konfransda çıxış edərkən, belə …