Bazar , Oktyabr 25 2020
Ana səhifə / Dünya / İranda 88 nəfərin koronavirusdan öldüyü iddia edilir – VİDEO

İranda 88 nəfərin koronavirusdan öldüyü iddia edilir – VİDEO

İrandan ziddiyyətli xəbərlər gəlməkdə davam edir.

“Report” “Iran International” telekanalına istinadən xəbər verir ki, ölkədə 88 nəfər koronavirusdan ölüb. 

Telekanal İranın Gülüstan əyalətinin Minudəşt şəhərindəki xəstəxanada koronavirusdan ölən şəxsin meyitinin təhvil verilməsinin görüntülərini yayıb.

Xatırladaq ki, İran Səhiyyə Nazirliyi ölkədə 19 nəfərin koronavirus infeksiyasından öldüyünü və 139 nəfərə koronavirus diaqnozu qoyulduğunu təsdiqləyib. İran səhiyyə nazirinin müavini İrəç Hərirçi və Tehran şəhərinin deputatı Mahmud Sadiqinin də koronavirusa yoluxduğu açıqlanıb.

Qeyd edək ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 770 nəfərdir. Virus daşıyıcılarının sayı isə 81 279-dan çoxdur. 


Həmçinin oxuyun

Ankaradan Qahirəyə sərt reaksiya: “Misirin vəzifəsi terrora xidmət etmək deyil”

Suriyada terrorla mübarizədə şəhidlər verən, 4 milyona yaxın suriyalı miqranta qucaq açan Türkiyəyə qarşı bu …