Bazar , Sentyabr 22 2019
Ana səhifə / Dünya / İranda 50-dən çox azərbaycanlı fəal saxlanıldı

İranda 50-dən çox azərbaycanlı fəal saxlanıldı

İran İslam Respublikasında saxlanılan azərbaycanlı fəalların sayı 50-ni ötüb.
Təhlükəsizlik qüvvələri Şərqi Azərbaycan ostanının Kəlibər şəhəri yaxınlığındakı “Babək qalası” ətrafına toplaşan onlarla insanı həbs edib.
Saxlanılanlar sırasında Həmid Şəfiq, Mehdi Qolabi, Firuz Müəyyəni, Məhəmməd Haqpur, Davud Əzimzadə, Behrad Xudayari kimi tanınmış simalar da var.
Həmçinin Ərdəbil şəhərində alim Abbas İrşadifər saxlanılıb.
Qeyd edək ki, artıq uzun illərdir etnik azərbaycanlılar türk eyniliyinin rəmzi sayılan “Babək qalası” ətrafından iyulda bir araya gəlirlər.
Son illər bu görüşləri İran təhlükəsizlik qüvvələrinin təzyiqi səbəbi ilə keçirmək mümkün olmur.

Həmçinin oxuyun

Sevgilisinə su altında evlilik təklif edərkən boğulub öldü

ABŞ sakini sevgilisinə evlilik təklif edərkən boğulub, ölüb. “Lenta.ru” xəbər verir ki, hadisə Tanzaniyada baş verir. …