Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / İranda 22 yaşlı qızın hicaba görə ölümü etirazlara səbəb oldu

İranda 22 yaşlı qızın hicaba görə ölümü etirazlara səbəb oldu

İranda hicabını düzgün geyinmədiyi üçün polis tərəfindən saxlanıldıqdan sonra dünyasını dəyişən 22 yaşlı Məhsə Əmininin dəfnindən sonra ölkənin qərbində etiraz aksiyası başlayıb.

” Azinforum.az ” “Qazeta.ru”ya istinadən xəbər verir ki, polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. 

22 yaşlı qızın ölümünü İran rəsmiləri ürək problemləri ilə əlaqələndiriblər. Hadisə şahidlərinin sözlərinə görə isə qız polislər tərəfindən döyülərək öldürülüb.

Bundan sonra iranlı qadınlar mərhumla həmrəylik əlaməti olaraq baş örtülərini çıxarıb havaya atıblar. 

Qeyd edək ki, İranda hicabı çıxarmaq cinayət əməlidir.  

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …