Ana səhifə / Dünya / İran XİN: Rusiya ölkəmizə qarşı sanksiyaların ləğvi prosesində müsbət rol oynayır

İran XİN: Rusiya ölkəmizə qarşı sanksiyaların ləğvi prosesində müsbət rol oynayır

Vyana müzakirələrində ixtilaflı məsələlərin sayı bir əlin barmaqlarından da azdır.

Bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi həftəlik mətbuat konfransında deyib.

O bildirib ki, ABŞ-ın Hərtərəfli Birgə Fəaliyyət Planına geri qayıtması bir anda baş verməyəcək: “Amerikanın bu plana qayıtması onun öhdəliklərinə tam əməl etməsindən asılıdır”.

Xətibzadə Beynəlxalq Atom Enerji Agentliyi (BAEA) və İran arasında əldə olunan bəyanata da münasibət bildirib.

“Tərəflər razılaşıb ki, İran yaxın aylarda BAEA-nın suallarını cavablandırsın. Bu suallar və Vyanadakı saziş arasında birbaşa əlaqə mövcuddur”, – XİN rəsmisi vurğulayıb.

Xətibzadə Rusiyanın Vyana danışıqlarında tutduğu mövqeyə də toxunub. O qeyd edib ki, Rusiyanın mövqeyi indiyədək konstruktiv olub və əlavə edib ki, Rusiya İrana qarşı sanksiyaların ləğvi prosesində müsbət rol oynayır.

Həmçinin oxuyun

Prezident Ofisi: “Ukrayna ordusu əks-hücuma keçib“

“Ukrayna qoşunları Xersonda əks-hücum əməliyyatlarına başlayıb”.  “Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident …