Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Dünya / İran Təhlükəsizlik Şurası: “Etirazlar bir neçə gündən sonra başa çatacaq”

İran Təhlükəsizlik Şurası: “Etirazlar bir neçə gündən sonra başa çatacaq”

İrandakı etirazların arxasında ABŞ, Böyük Britaniya və Səudiyyə Ərəbistanı dayanır.

Trend-in məlumatına görə, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamhani deyib.

O qeyd edib ki, həmin ölkələr sosial şəbəkələrdə etiraz aksiyalarının keçirilməsi ilə bağlı aparılan kampaniyaya rəhbərlik edirlər:

“Bizim təhlillərimizə əsasən, İran əleyhinə yeni “heşteq”lərin 27 faizi Səudiyyə rəhbərliyi tərəfindən yaradılıb”.

Ə.Şamhani etirazların bir neçə gündən sonra başa çatacağını bildirib.

Qeyd edək ki, dekabrın 28-dən İranın Tehran, Məşhəd, İsfahan və Rəşt şəhərlərində kütləvi sosial etiraz aksiyaları keçirilir. Aksiyalar zamanı 10 nəfərin öldüyü bildirilir.

Həmçinin oxuyun

“İcazəsiz aksiya ilə bağlı bir neçə maddə üzrə cinayət işləri başlanılıb” – İstintaq Komitəsi

Moskvada təşkil olunmuş razılaşdırılmamış aksiya ilə bağlı İstintaq Komitəsi tərəfindən cinayət işləri başlanılıb. Bu barədə …