Ana səhifə / Dünya / İran səfiri Azərbaycana təşəkkür edib

İran səfiri Azərbaycana təşəkkür edib

İran səfiri Cavad Cahangirzadə Azərbaycana təşəkkür edib.

APA-nın xəbərinə görə, bu barədə səfirliyin “Twitter” səhifəsində bildirilib.

“Səfir Cavad Cahangirzadə COVID-19-la mübarizədə Azərbaycan hökumətinin iranlılarla həmrəyliyini göstərən tədbirlərini (İran bayrağının Heydər Əliyev Mərkəzinin binasında əks olunması) yüksək qiymətləndirir, bu tədbiri koronavirusla mübarizədə iranlılarla həmrəyliyin əlaməti kimi dəyərləndirir”, – deyə səfirliyin məlumatında qeyd olunub.

Xatırladaq ki, COVID-19 pandemiyasının yayılmasına qarşı Azərbaycanın beynəlxalq ictimaiyyətlə həmrəyliyinin ifadəsi olaraq aprelin 3-dən etibarən virusdan zərərçəkən dövlətlərin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə dünya memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirilir.

Ölkələrin adının ingilis dilindəki əlifba ardıcıllığına uyğun olaraq hər gün bir dövlətin bayrağı bina üzərində təqdim olunur. Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …