İran Laricani və oğlunun ölümünü TƏSDİQLƏDİ
İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ və İsrailin zərbəsi nəticəsində həlak olub.
Bu barədə siyasətçinin rəsmi "Telegram" kanalında məlumat verilib.
Bəyanatda Laricaninin "şəhidlik zirvəsinə" ucaldığı bildirilir.
Həmçinin, İranın "Tasnim" informasiya agentliyi Laricani ilə birlikdə oğlu, tanınmış alim Mortaza Laricani və mühafizəsinin rəhbəri Sərdar Nejadın da həlak olduğunu barədə yazıb.
Xatırladaq ki, martın 17-də İsrailin müdafiə naziri İsrael Kats Laricaninin ölümü barədə bəyanat vermişdi.
Həmin gün İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Bəsic" hərbiləşdirilmiş könüllü dəstəsinin rəhbəri general-mayor Qolam Rza Süleymaninin həlak olduğunu təsdiqləyib.