Bazar , Oktyabr 25 2020
Ana səhifə / Dünya / İran Amerika bazalarına 50-dən çox raket zərbəsi endirdi- 20 ABŞ hərbçisi öldü?..

İran Amerika bazalarına 50-dən çox raket zərbəsi endirdi- 20 ABŞ hərbçisi öldü?..

Pentaqon bu məlumatı nə təkzib, nə də təsdiq edir…”Əgər ABŞ hər hansı cavab tədbiri görməyə çalışsa, İsrail rejimini yer üzərindən siləcəyik…”

Gecə saatlarında İranın ABŞ-ın İraqdakı hərbi bazalarına 50-dən çox raket zərbəsi endirməsi haqda informasiyalar yayılıb. 
Moderator.az xəbər verir ki,  dünya xəbər agentlikləri bu barədə ziddiyyətli məlumatlar təqdim edib. 
Deyerler.org-un İranın PressTv saytına istinadla yaydığı məlumata görə,  Amerika bazalarına hücum faktını  Pentaqon təsdiqləyib. ABŞ hərbçiləri arasında xeyli itki olduğu bildirilir.
 İranın qisas hücumu nəticəsində ilkin məlumata görə, 20-dən çox ABŞ hərbçisi məhv edilib. İran rəsmiləri bəyan edib ki, əgər ABŞ hər hansı cavab tədbiri görməyə çalışsa, onlar İsrail rejimini yer üzərindən siləcəklər.
 Livanın “Əl-Mayadin” nəşrinin məlumatında isə bildirilir ki, raket zərbələri nəticəsində ABŞ-ın “Ayn əl-Əsəd” bazasında  bir təyyarə məhv edilib.
Pentaqon bu məlumatı nə təkzib, nə də təsdiq edib…
Müxtəlif mənbələrə görə, “Ayn əl-Əsəd” bazasındakı ABŞ  hədəflərinə 30-dan 60-a qədər raket atılıb. “CNN” bildirir ki,  bazada, ən azı, 13 raket partlayıb.
Pentaqondan ABŞ hərbçiləri arasında itki olmadığı bildirilib.
Press TV-nin məlumatına görə, İran elan edib ki, ABŞ bazası yerləşən istənilən qonşu ölkədən İrana hücum olunarsa, İran həmin hədəfləri vuracaq.
 “ABŞ Fars Körfəzi, İraq və İran hava məkanından uçuşları dayandırıb.
 ABŞ Prezidenti Donald Tramp, onun əsas nazirləri və köməkçiləri İranın İraqda Amerika qoşunlarının yerləşdiyi bir sıra hərbi bazalara raket zərbələri endirməsi ilə əlaqədar təcili iclas keçirib, lakin iclasdan sonra açıqlama verməyib və daha sonra açıqlama veriləcəyini qeyd edib.

İran İnqilab Keşikçiləri Korpusu ABŞ-ın İraqın Anbar əyalətində yerləşən hərbi bazalarına 50-dən çox raket zərbəsi endirib”.
Israil  mənbələrinin verdiyi xəbərə görə, ABŞ prezidenti D. Tramp hücum barədə məlumatlandırılıb. ABŞ ordusunun İrandakı hədəflərə cavab zərbəsi gözlənilir. Daha əvvəl Tramp İranın Amerikaya qarşı hücum edəcəyə halda  həmin ölkədəki  52 hədəfə dəqiq zərbələr endiriləcəyini söyləyib.
“CNN”-in məlumatına görə, gu gecə Ağ Evdə ABŞ administrasiyasının  təxminən  bir saat yarıma qədər davam edən  təcili iclası keçirilib. Görüşdən sonra Trampın xalqa müraciəti gözlənilsə də, sonradan  bu çıxış  nədənsə təxirə salınıb…
Deyerler.org

Həmçinin oxuyun

Ankaradan Qahirəyə sərt reaksiya: “Misirin vəzifəsi terrora xidmət etmək deyil”

Suriyada terrorla mübarizədə şəhidlər verən, 4 milyona yaxın suriyalı miqranta qucaq açan Türkiyəyə qarşı bu …