Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / İrəvanda faşist Njdeyə qoyulmuş abidə RF-nin Dövlət Dumasında müzakirə olundu

İrəvanda faşist Njdeyə qoyulmuş abidə RF-nin Dövlət Dumasında müzakirə olundu

Rusiya Federasiyasının Dövlət Dumasında “Faşizmin qəhrəmanlaşdırılması və neonasizmin dirçəldilməsinə qarşı mübarizə: qanunvericilik aspektləri” mövzusunda dəyirmi masa keçirilib. 

“Novosti Azerbaydjana” saytının xəbərinə görə, tədbirdə Dövlət Dumasının deputatları, Federasiya Şurasının və ictimai palatının üzvləri, Rusiya prezidentliyinə namizədlər, politoloqlar, ekspertlər və KİV təmsilçiləri iştirak ediblər.

Dəyirmi masanın gedişində politoloq Sergey Markov, Dionis Kaptar və başqaları dəfələrlə belə bir fakt göstəriblər ki, Ermənistan özünü Moskvanın strateji müttəfqi kimi göstərsə də, kollaborasionistlərə və faşizmin əlaltılarına abidə qoyan ölkələrin sırasındadır.

Tədbirdə qeyd olunub ki, faşizmin qəhrəmanlaşdırılmasına qarşı petisiyaya 200 min imza atılıb. Petisiya barədə danışan tədbir iştirakçıları Yerevanda faşizmlə əlbir olmuş Qaregin Njdeyə qoyulmuş abidənin sökülməsi tələbinin sənəddə xüsusi yer aldığını qeyd ediblər.

Dəyirmi masada gedən müzakirələrin yekunu olaraq nasizm və faşizm təbliğatının qadağan olunmasına dair qanunvericilik aktının gücləndiirlməsi və tətbiq olunması tövsiyə olunub. (Musavat.com)

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …