Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Dünya / İrəvanda etirazçılar polisin “dur” əmrinə tabe olmadı – Canlı yayım

İrəvanda etirazçılar polisin “dur” əmrinə tabe olmadı – Canlı yayım

Ermənistanda Serj Sarkisyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə etiraz olaraq başlanan aksiya bu gün də davam edir. 

“Qafqazinfo” xəbər verir ki, polis ötən gün aksiyanın təşkilatçısı olan “Elk” müxalif fraksiyasının lideri Nikol Paşinyana nümayişi bitirməklə bağlı tapşırıq verib. Lakin Paşinyan tələbin əks olunduğu sənədi jurnalistlərin gözü qarşısında cırıb.

Deputat Paşinyan bəyan edib ki, bu gün parlamentə bütün girişləri bağlamağı hədəfləyirlər.

Xatırladaq ki, bu gün parlamentdə Serj Sarkisyanın baş nazir postuna namizədliyi məsələsi müzakirə olunaraq səsverməyə çıxarılacaq.

Qeyd edək ki, ötən gün İrəvan xəstəxanalarına aksiya zamanı baş verən toqquşmalarda yaralanan 46 nəfər aparılıb. Onlardan on ikisi hələ də xəstəxanadadır. Yaralılardan biri polisdir. Hüquq-mühafizə orqanı əməkdaşının əməliyyat olunduğu bildirilir.








Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …