Çərşənbə , Dekabr 1 2021
Ana səhifə / Dünya / İrəvanda sorğu: “Bizim dostumuz İrandır” – VİDEO

İrəvanda sorğu: “Bizim dostumuz İrandır” – VİDEO

Azərbaycanın qələbəsi ilə başa çatan Vətən Müharibəsinin 1-ci ildönümündə Ermənistanın paytaxtı İrəvanda əhalinin yaxşı gələcəyə bədbin yanaşdığı, bəzi vətəndaşların isə sülhə, dialoqa ümid bəslədikləri müşahidə olunur.

Anadolu Ajans Azərbaycanın qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsinin birinci ildönümündə İrəvanda xalq arasında sorğu keçirdi.

Hiss və düşüncələri soruşulan Ermənistan vətəndaşlarının əksəriyyətinin kədərli və pessimist olduğu müşahidə edilib.

Birinci Qarabağ müharibəsində Ermənistan ordusunda kapitan rütbəsində xidmət edən Arakelyan Kamo ötən müharibədə “həm torpaqlarını, həm də övladlarını itirdiklərini” ifadə edərək bildirib ki: “Təbii ki, torpaq itkisinə görə çox kədərlənirik. Biz 18-20 yaş arası gənclərimizi itirdik. Bir nəsil itdi. Acılı vəziyyətdir. Azərbaycan və Türkiyə regionda eyni tərəfdədir. Bilirəm ki, bizim dostumuz İrandır. Hətta Gürcüstan və Rusiya da bizim dostumuz deyil”.

 “Sülhün bərpa olunacağına inanmıram. Ölkəmiz bizə düşmənçilik edənlərin əhatəsindədir, yalnız İran istisnadır”.

“Hesab edirəm ki, bu il hamımız üçün min il kimi keçdi. Çünki heç nə bitməyib. Biz hamımız müharibənin ağrı-acısını yaşamağa davam edirik. Mən 2001-ci ildə anadan olmuşam. Həmyaşıdlarım müharibədə həlak olub. Mən həmişə bunları hiss edəcəm. Qardaşım və bir çox tanışım cəbhədə yaralandı. Məncə heç birimiz əvvəlki kimi deyilik.”

Venera Çilingaryan adlı vətəndaş müharibənin ildönümünün “bütün Ermənistan və erməni xalqı üçün çox ağır və kədərlə dolu olduğunu” bildirib.

“İnsan bu vəziyyətdə necə rahat ola bilər. Qarabağda itkilərimiz çoxdur. Mən hakimiyyətdən şərdən başqa heç nə gözləmirəm. Bu, böyük uğursuzluq idi”.

“Bu, heç vaxt silinməyəcək. İstər bir il, istərsə də beş və ya on il çəksə də, bizim üçün unudulmayacaq. Son müharibə böyük fəlakətdir”.

Təqaüdçü Larisa Heranyan regionda sülhün bərqərar olacağına ümid etdiyini və sülhün gələcəyinə inandığını bildirib.

Heranyan deyib: “Kaş heç müharibə olmasın. İtkilərimiz çox idi. Məncə, dialoq olmalıdır. Arzum odur ki, tərəflər barışığa getsinlər. Mən müharibə istəmirəm. Mən sülhə çox ümid edirəm”.

Həmçinin oxuyun

“Rusiyanın demoqrafiyasında eniş narahatedici hadisədir” – PUTİN

“Rusiyanın demoqrafiyasında eniş narahatedici hadisədir”. “RİA Novosti” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin …