Cümə , Noyabr 27 2020
Ana səhifə / Dünya / İrəvanda nümayiçilər Baqramyan prospektinə çatdı, aprel döyüşlərinin iştirakçıları da onların arasındadır

İrəvanda nümayiçilər Baqramyan prospektinə çatdı, aprel döyüşlərinin iştirakçıları da onların arasındadır

Bu dəqiqələrdə İrəvanda nümayişçilərin bir qrupu parlament və hökumət binalarının, o cümlədən prezident iqamətgahının yerləşdiyi Baqramyan prospektinə daxil olub. Minlərlə nümayişçi prospekti tikanlı məftillərlə bağlamış polis kordonu qarşısında dayanıblar və deputatları xalqın tərəfinə keçməyə çağırırlar. Onların arasında 2016-cı ilin aprelində Qarabağda gedən döyüşlərin iştirakçıları, bu döyüşlərdə ölənlərin ailə üzvləri də yer alır.

“Biz deputatlarla görüşmək istəyirik, onlara demək istəyirik ki, bu gün hamı küçələrə çıxıb. O cümlədən polislərin və deputatların uşaqları, ailə üzvləri. Biz onları xalqın qarşısına çıxmağa çağırırıq”, – aprel döyüşlərinin iştirakçılarından biri deyib. Nümayişçilər habelə Ermənistan Polisinin rəhbəri Vladimir Qasparyana müraciət edərək nümayişlərdə saxlanılmış gəncləri, aprel döyüşlərinin iştirakçılarını azadlığa buraxmağa çağırıblar.

*   *   *12:56

Bu dəqiqələrdə İrəvan küçələrində dramatik vəziyyət hökm sürür. Belə ki, nümayişçilərin iki böyük dəstəsi öndə xalqın tərəfinə keçən əsgərlər olmaqla Sayat Nova prospektində birləşiblər.

Bir dəstə İrəvan Dövlət Universitetinin əsas binası istiqamətindən hərəkət edib, digər dəstə isə Xancyan küçəsi istiqamətindən irəliləyib.

Nümayişçilərin qarşılaşması prospektdə böyük izdihama səbəb olub, etirazçıların sayı durmadan artır. Əsasən tələbələrdən və gənclərdən ibarət kütlə Serj Sərkisyanın istefasını tələb edir.

Etiraz hərəkatının lideri Nikol Paşinyanın həbs edilməsi belə kütlənin əzmini qıra bilməyib. Nümayişçilər polislə toqquşmaya girmədən olduqca intizamlı hərəkət edir, polis kordonları ilə bağlanan küçələrdən dönüb başqa küçələrə istiqamət alırlar.

Ermənistanın digər iri şəhərlərində də izdihamlı aksiyalar keçirilir. Parlamentin spikeri Aro Babloyan Nikol Paşinyan və onun fraksiyasından olan digər deputatların saxlanıldığı təcridxanaya yollanıb. O, etirazçıların liderləri ilə danışıqlar aparmağa ümid edir.

*   *   *12:12

Yerevanda hərbçilər etiraz aksiyasında iştirak edən tələbələrə qoşulublar. Virtualaz.org xəbər verir ki, bu barədə “Azadlıq” radiosu məlumat yayıb.

Aşağıda təqdim etdiyimiz videodan da göründüyü kimi, nümayişçilərin cərgəsində hərbçilər tələbələrlə birgə addımlayırlar.

*   *   *11:55

Hazırda Yerevanın küçələrində on minlərlə insan etiraz aksiyası keçirir. Canlı yayımdan da göründüyü kimi, etirazçıların arasında tələbələr də var. Tibb universitetinin tələbələri aksiyaya ağ xalatlarla qoşulublar.

Virtualaz.org Ermənistan KİV-lərə istinadən xəbər verir ki, tələbələr Yerevan Dövlət Universitetinin qarşısına toplaşaraq, müəllimləri də onlara qoşulmağa səsləyirlər.

*  *  *10:53

Ermənistanda Serj Sarkisyanın baş nazir təyin edilməsinə etiraz edən kütlə bu gün səhər yenidən ölkə paytaxtının küçələrinə çıxıb.

Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, aksiyalar Yerevanda eyni zamanda bir neçə yerdə keçirilir. Bunlardan biri Yerevan Dövlət Universitetinin qarşısında başlayıb.

Xatırladaq ki, etiraz aksiyalarının liderləri həbs edilib. Buna baxmayaraq, yüz minlərlə insan küçələrə çıxaraq Sarkisyanın istefasını tələb edir.

Həmçinin oxuyun

Putin Təhlükəsizlik Şurasını yenə topladı

Rusiya Prezidenti Vladimir Putin bu gün Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə toplantıda Dağlılq Qarabağdakı …