Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Dünya / İrəvan sakini maşınını meriya binası önündə yandırmaq istədi – VİDEO

İrəvan sakini maşınını meriya binası önündə yandırmaq istədi – VİDEO

Ermənistan vətəndaşı hökumətə etiraz əlaməti olaraq özünün “Niva” markalı avtomobilini paytaxt İrəvanın meriya binası önündə yandırmağa cəhd edib.

Erməni mətbuatıxəbər verir ki, narazı sakin maşınını meriya binasının pilləkənləri ilə sürərək əsas giriş qapısının önündə saxlayıb və uzun müddət orada dayanıb.

Daha sonra sürücü avtomobilinə benzin tökərək yandırmağa çalışıb, lakin buna müvəffəq olmayıb. Hadisə yerinə Ermənistan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və polis işçiləri cəlb edilib. Aydın olub ki, vətəndaşın bu addımı səbəbi İrəvan meriyasının onun mağazasını sökmək niyyəti ilə əlaqədardır. 

Azvision.az

Həmçinin oxuyun

Madagizdə ayaqlarını itirən erməni əsgər çörək almağa pul tapmır

Qarabağ döyüşlərində məğlub olan Ermənistan ordusunun hərbçiləri səfalət içində yaşayırlar. Sentyabrın 27-də döyüşə gedən 30 …