Ermənistan Türkiyəyə humanitar yardım göndərib. Bu yük 30 ildir bağlı olan quru sərhədindən keçərək təyinat yerinə çatdırılıb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan məlumat verib.
Onun sözlərinə görə “Humanitar yardım daşıyan yük maşınları sərhəddəki Marqara körpüsündən keçib”.
Qeyd edək ki, Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr yoxdur və sərhədlər Ankaranın təşəbbüsü ilə 1993-cü ildən bağlanıb. Buna səbəb 90-cı illərin əvvəllərində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, müharibəyə başlamasıdır.
AzVision.az