Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / iPhone Xs smarfonunun real qiyməti açıqlandı

iPhone Xs smarfonunun real qiyməti açıqlandı

Mütəxəssislər iPhone Xs smartfonunun komponentlərinin qiymətini hesablayıblar və telefonun maya dəyərini açıqlayıblar. 
Oxu.Az xəbər verir ki, TechInsights şirkətinin ekspertləri araşdırıblar ki, smartfonda ən bahalı komponent diaqonalı 6,5 düym olan OLED displeydir.
Bu displeyin qiyməti 80,5 dollardır. Apple A12 Bionic çipset 72 dollar, yaddaş 64,5 dollar, korpus 58 dollar və kamera 44 dollardır.
Ən ucuz komponent isə kameradır. Xs Max modelinin kamerasının qiyməti 9 dollar, adi iPhone X modelinin kamerasının qiyməti isə 6,46 dollardır.
Beləliklə, bazar qiyməti 1100 dollar olan 256 qiqabayt yaddaşlı iPhone Xs Max modelinin maya dəyəri 443 dollar, bazar qiyməti 1052 dollar olan 64 qiqabayt yaddaşlı iPhone X modelinin maya dəyəri isə 395 dollardır.

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …