Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / İnvestisiya qarşılığında vətəndaşlıq verən ölkələr…

İnvestisiya qarşılığında vətəndaşlıq verən ölkələr…

Türkiyənin “Hürriyyət” qəzeti investisiya qarşılığında vətəndaşlıq verən ölkələrlə bağlı arayış hazırlayıb.

ABŞ – 500 min dollar

Hazırda bu ölkədə məcburi investisiya məbləği 500 min dollardır. Mühacir vəkillik məbəği 25-40 min dollar və dövlət xərcləri məbləği 7 min dollar, digər xərclər isə 50 min dollardır.

Başqa bir sözlə desək, təxminən 585 min dollarlıq vəsaitə ehtiyac var. Bunun 500 min dollarlıq hissəsi investisiya və geri qalanı xərclərdir. Tək bir müraciətlə bütün ailə, yəni, ata, ana və 21 yaşından kiçik bütün evlənməmiş uşaqlar green kart sahibi olur.

İki məqama önəm verilir. Job creation, yəni, məşğulluq yaradılması və pulun geri ödəmə riskinin ən aşağı səviyyədə olması. Məşğulluq yaratma ehtimalı çox vacibdir. Çünki green kartın şərtlərinin aradan qaldırılması üçün lazım olan ən vacib detal bir budur. Bir də bu investisiyanə əhatə edən pul qaynağının isbatıdır. 
İngiltərə:

İngiltərədə fəaliyyət göstərən İngiltərə şirkətlərinə və ya İngiltərə xəzinə bankına, ən azı 2 milynla 10 milyon sterlinq arasında investisiya qoymaq lazımdır.

Yatırım karşılığı vatandaşlık veren ülkeler İşte şartları...

New Life Investment rəqəmlərinə görə, investisiya miqdarına görə qoyulan investisiyanın nə qədər müddət saxlanması lazım gəldiyi aşağıdakı kimidir: İnvestisiyaçı bu müddətdən öncə investisiyanı xərcləyərsə, viza haqqı sona çatar. 
2 milyon sterlinq miqdarında investisiya ən azı 5 il müddətində

5 milyon sterlinq miqdarındakı investisiya ən azı 3 il müddətdə

10 milyon sterlinq miqdarındakı investisiya ən azı 2 il müddətdədir

Əsas investisiyaçı ən azı 18 yaşında olmalıdır.

Daimi oturum almaq üçün 3 ilə 5 il arasında ölkədə yaşamaq şərtdir.

İngiltərədə qeydiyyatda olan bir bank hesabına sahib olmalıdır.

Yatırım karşılığı vatandaşlık veren ülkeler İşte şartları...

Malta – 789 min dollar + 410 min dollar

Ada ölkəsində vətəndaşlıq ala bilmək üçün 789 min dollar dəyərində Beynəlxalq İnkişaf Fonduna bəxşiş vermək və ölkədə 410 min dollarlıq mal varlığına sahib olmaq yetərlidir.

Avstraliya – 1 milyon dollar 

Ölkədə 1 milyon dollarlıq investisiya qoymaq və təxminən 2 milyon dəyərində mal varlığına shib olmaq şərtilə passport alına bilir.

Kanada – 612 min dollar

Kanada hökuməti 2014-cü ildə pul qarşılığında ölkəyə köç etmə proseduruna son verib. Amma bir investor ‘start-up’ tərzində investisiya qoyanda Kanadadan vətəndaşlıq ala bilir.

Tayland – 16 min dollar

Turizmin mərkəzlərindən olan Asiya ölkəsində ‘elit oturumu’ olaraq da bilinən, ildə 3 minlə 4 min dollarlıq lüks xərcləmə edərək, ya da mal varlığına sahib olaraq 20 ilin sonunda vətəndaşlıq almaq mümkündür.

Bolqarıstan – 594 min dollar 

Bolqarıstanda 594 min dollar ödəyərək, bir illik oturum icazəsi almaq mümkündür. Bu şəkildə üç il ard-arda alınan oturum icazəsindən sonar sürətli prosedurla vətəndaşlıq alına bilir.

İspaniya – 585 min dollar 

585 min dollarlıq mal varlığı və ölkədə 10 il məskunlaşma qarşılığında vətəndaş ola bilir.

Yunanıstan – 290 min dollar

290 min dollarlıq mal varlığı və ya 409 min və ya 585 min dollar dəyərində ticari mal varlığı lazımdır.

Moldoviya -170 min dolar

Litva -75 min dolar

Antiqua və Barbuda – bu ölkələr də Müqəddəsd Kits və Nevils adalarından şərqdə yerləşir. Burada da vətəndaşlıq almaq üçün gərək 400 min dollarlıq daşınmaz əmlak alasan ya da xeyriyyəyə 200 min dollar verəsən. Musavat.com

Həmçinin oxuyun

Senat Ukrayna və İsrailə yardım paketini təsdiqləyib

ABŞ Senatında Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsi üçün …