Çərşənbə axşamı , İyul 27 2021
Ana səhifə / Dünya / İntihar edən merin vida məktubu: “Günahkaram, cəsədimi yandırın”

İntihar edən merin vida məktubu: “Günahkaram, cəsədimi yandırın”

Ötən gün axşam saatlarında meyiti tapılan Cənubi Koreyanın paytaxtı Seulun meri Park Von Sun yazdığı məktubda bütün vətəndaşlardan və ailəsindən üzr istəyib.

Azvision.az “Renhap” agentliyinə istinadən xəbər verir ki, mer meyitinin yandırılmasını xahiş edib.

Məlumata görə, onun cəsədi Seul Universitetindəki xəstəxanaya təhvil verilib.

“Mən hamının qarşısında günahkaram. Həyatım boyu yanımda olan hər kəsə təşəkkür edirəm. Ağrıdan başqa heç nə verə bilmədiyim ailəm qarşısında həmişə özümü günahkar hiss etmişəm. Cəsədimi yandırın. Əlvida”, – mer yazıb.

Xatırladaq ki, dünən polis paytaxt merinin itkin düşdüyünü elan edib və axtarışlarına başlamışdı. O, Seulun mərkəzindəki rəsmi iqamətgahının yaxınlığında meşədə ölü vəziyyətdə tapılıb, üzərində zorakılıq əlamətləri olmayıb. Merin intihar etdiyi müəyyən edilib.

SBS kanalı merin sabiq köməkçisinin təcavüzə məruz qalması barədə məhkəməyə müraciət etdiyini bildirib. Qadın onun başqa qurbanlarının da olduğunu söyləyib. Lakin polis buna münasibət bildirməkdən imtina edib.

Sun 2022-ci ildə keçiriləcək prezident seçkilərində hakim Vahid Demokrat Partiyasının mümkün namizədi hesab edilirdi.

Həmçinin oxuyun

Britaniya ordusunda qadın hərbçilərin çoxu zorakılıq və təcavüzə məruz qalıb

İngiltərə parlamentində qadın hərbçilərlə bağlı hesabat dinlənilib. Bu barədə “TRT Haber” məlumat yayıb. Məlumata əsasən, …