Ana səhifə / Dünya / “İnter”in prezidentinin Azərbaycandan çıxışına qadağa qoyulub

“İnter”in prezidentinin Azərbaycandan çıxışına qadağa qoyulub

Bakı “İnter”inin prezidenti Georgi Nikolov “Trud” qəzetinə müsahibə verib. “Qafqazinfo” xəbər verir ki, o, maraqlı açıqlamaları ilə yadda qalıb:

– Bolqarıstan – Azərbaycan matçını niyə izlməyəcəksiniz?
– Mən bu səfəri planlaşdırmışdım. Sofiyaya gəlməyə hazırlaşırdım. Lakin mənim şəxsi işlərimlə bağlı problem yarandı. Azərbaycanda məhkəmə məni Beynəlxalq Bankla bağlı iddialara görə şahid kimi çağırdı. Ona görə də mən ölkəni tərk edə bilmərəm.

– Sizi nədə təqsirləndirirlər?
– Mən təqsirkar deyiləm. Amma Azərbaycan Daxili İşlər Nazirliyində mənə bildirdilər ki, ölkədən çıxa bilməzsən.

– Günahkar olmaya-olmaya ölkədən çıxışınıza qadağa qoyulması absurd deyilmi?
– Bəli. Bu çox qəribədir. Mənim “İnter”lə əməkdaşlığa dair müqaviləm var. Amma mən Azərbaycan vətəndaşı olmadığım üçün hər yerə gedə bilərəm.

Demək olar ki, siz girovsuz?

– Bu barədə danışmaq istəmirəm. Amma mənim burda qalmaq üçün icazəm də bitir. Vəziyyət mürəkkəbdir. Mən həm buranı tərk edə bilmərəm, həm də Bakıda yaşamaq üçün icazəm bitdiyi üçün ölkəni tərk etməliyəm. Mən miqrasiya orqanlarına sənəd üçün müraciət etmişəm. Amma onlardan da bir xəbər yoxdur.

– Siz hələ də klub prezidentisiz?
– Bəli. Mənim öhdəliklərim var və onları yerinə yetirməliyəm. Elə indi sizinlə klubun ofisindən danışıram.

-Siz orda qalmaq və ya ayrılmaq istəyirsiz?

Klubdakı dəyişikliklər tezliklə başa çatacaq və yeni sahibi bilinəcək. Ondan sonra mənim də taleyimə aydınlıq gələcək.

– Bolqarıstanın Bakıdakı orqanları tərəfindən sizə yardım olunmayıb?
– Avqustun əvvəlində Bakıdakı səfirliyimizdə dəyişiklik oldu. Mən səfir Maya Xristovaya müraciət etdim. O da Bolqarıstan Xarici İşlər Nazirliyinə məktub yazıb.

– Nəticəsi?
– Hələ gözləyirəm.

– Nəyi gözləyirsiz?
– Bakıda hüquq sistemindən ədalətli nəticə və Bolqarıstan orqanlarından yardım gözləyirəm.

– İndiyə qədər problemlər var idi?
– Heç vaxt. Həmişə dəstəyimiz var idi və işimiz yaxşı gedirdi. Burda çox dostlarım var. Klubumuz Beynəlxalq Bankın bir hissəsi idi. Hər şey əla idi. Lakin sonradan bankda dəyişikliklər oldu. Bəzi iddialar səsləndi və istintaq başladıldı. Bu da indiki vəziyyətə gətirib çıxardı.

– Şəxsən hər hansı narahatlığınız var?
– Yox. Amma tək narahatlığım ölkədən çıxışıma qoyulan qadağa ilə bağlıdır.

– Bolqarıstan orqanlarına qəzet vasitəsilə hər hansı müraciət etmək istəyirsiz?
– Mümkünsə mənə yardım etsinlər.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …

Bir cavab yazın