Cümə , Oktyabr 23 2020
Ana səhifə / Dünya / “İnstaqramın ən cazibədar nənəsi” – Əməliyyatlarına 100 min xərcləyib

“İnstaqramın ən cazibədar nənəsi” – Əməliyyatlarına 100 min xərcləyib

ABŞ-ın Kaliforniya şəhərində yaşayan Alis Vasquez son zamanlar sosial şəbəkənin haqqında ən çox danışılan istifadəçisidir.
Yoqa müəllimi olan 39 yaşlı Vasquezi görənlər yaşını və nənə olduğunu öyrənincə təəccüblənirlər. Gənc yaşında nənə olduğu üçün xoşbəxt olduğunu deyən Vasquez “İnstaqramın ən cazibədar nənəsi” titulunu daşıyır. O, ilk övladını 16 yaşında dünyaya gətirdiyini deyib:
“İlk uşağım 16 yaşımda dünyaya gəlib. Uşaqlarım da mənim kimi sevgi ilə erkən yaşda qarşılaşdı və 20 yaşında uşaqları oldu. Bizi bacı-qardaş kimi görürlər. Nənə olduğumu öyrənəndə mənə olan maraq artır”.
Vasquez görünüşünü qoruya bilmək üçün davamlı olaraq idman etdiyini, bundan başqa plastik əməliyyatlara ümumilikdə 100 min dollar xərclədiyini bildirir. (Qafqazinfo)


Həmçinin oxuyun

Rusiyalı kişi rahat oturmaq üçün uşağını metro vaqonunda oturacağın altına saldı – VİDEO

Sosial şəbəkələrdə bir kişinin uşağını metro vaqonunda oturacağın altına itələdiyi barədə görüntülər yayılıb. “Podyom” “Telegram” …