Çərşənbə , May 22 2019
Ana səhifə / Dünya / “İnsanlıq dərsi istəyirsən?” – Ərdoğandan Netanyahuya cavab

“İnsanlıq dərsi istəyirsən?” – Ərdoğandan Netanyahuya cavab

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında səsləndirdiyi tənqidi fikirlərə görə İsrailin baş naziri Binyamin Netanyahuya cavab verib.

Ərdoğan bu barədə “Tvitter” hesabında yazıb.

“Netanyahu BMT-nin qərarlarını pozaraq 60 ildən çoxdur günahsız insanların torpaqlarını işğal edən irqçi dövlətin baş naziridir. Əllərində fələstinlilərin qanı var və Türkiyəyə hücum edərək günahlarını ört-basdır edə bilməzlər”, – deyə Ərdoğan Netanyahuya sual ünvanlayıb: “İnsanlıq haqqında dərsmi istəyirsən? Get, 10 əmri oxu”.

Qeyd edək ki, Netanyahu Türkiyəni HƏMAS-a dəstək verməkdə ittiham edib.

“Ərdoğan “HƏMAS”-ın ən böyük dəstəkçilərindən biridir. Şübhəsiz ki, terrorizm və qırğının nə olduğunu yaxşı bilir. Ərdoğana məsləhət görürəm ki, bizə əxlaqdan dərs keçməsin!” – deyə Netanyahu bəyan edib.

Həmçinin oxuyun

Tacikistan həbsxanasındakı qiyamda 3 din xadiminin boynu vurulub

Xəbər verdiyimiz kimi, Tacikistanın ciddi rejimli cəzaçəkmə müəssisələrindən birində baş verən qiyam nəticəsində 29 məhbus …