Cümə axşamı , Sentyabr 16 2021
Ana səhifə / Dünya / “İnsanlar ölməyə davam edəcək” — ÜST-ün direktoru

“İnsanlar ölməyə davam edəcək” — ÜST-ün direktoru

“Koronavirus vaksinlərinin, demək olar ki, 90 faizi G-20 ölkələrində tətbiq olunur. Vaksinlərdəki qlobal bərabərsizlik davam etdiyi müddətdə insanlar ölməyə davam edəcək”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus deyib.

O bildirib ki, təkcə dünən 13 mindən çox insan COVID-19-dan həyatını itirib:

“Yəni hər bir dəqiqədə doqquz nəfər ölüb. Bu günün rəqəmləri də, sabahın və birisigünün rəqəmləri də eyni olacaq. Bəli, koronavirus vaksinlərinin sürətli inkişafı elmin zəfəridir. Ancaq vaksinlərin ədalətsiz paylanması bəşəriyyət üçün uğursuzluqdur”.

Həmçinin oxuyun

Xarkovda Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılış mərasimi olub

Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılış …