Şənbə , Dekabr 5 2020
Ana səhifə / Dünya / İngiltərə bankı Venesuelanın 1,2 milyard dollarlıq qızılını qaytarmaqdan imtina edib

İngiltərə bankı Venesuelanın 1,2 milyard dollarlıq qızılını qaytarmaqdan imtina edib

İngiltərə Bankı Venesuela Prezidenti Nikolas Maduroya 1,2 milyard dollarlıq qızıl külçə verməkdən imtina edib. Bu barədə “Bloomberg” mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrdən birinin sözlərinə görə, müvafiq qərar ABŞ-ın yüksək vəzifəli şəxslərinin, o cümlədən dövlət katibi Maykl Pompeo və ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun britaniyalı həmkarlarından Maduronun xaricdəki aktivlərə girişinə qadağa qoymaq xahişindən sonra qəbul edilib.

“Bloomberg”in məlumatına görə, Venesuela Mərkəzi Bankının xaricdəki ehtiyatları 8 milyard dollar təşkil edir. Onların bir hissəsi İngiltərə Bankındadır, digər hissənin yeri isə bilinmir.

Həmçinin oxuyun

Ermənistanda son üç gün ərzində süd məhsulları, çörək-un məmulatları və qida məhsulları kimi istehlak mallarının …