Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Dünya / İmamoğluna dəstək kampaniyası başladı

İmamoğluna dəstək kampaniyası başladı

Türkiyə Ali Seçki Komissiyasının (YSK) İstanbul seçkilərinin nəticələrinin ləğvi qərarı Türkiyə gündəmini zəbt edib. “Qafqazinfo” xəbər verir ki, İstanbul 23 iyun tarixində yenidən sandıq başına keçəcək və öz bələdiyyə sədrini seçəcək.

YSK-nın bu qərarı dünəndən etibarən sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzu olub. Tvitterdə “Hər şey gözəl olacaq” həştaqı ilə milyonlarla insan nəticələrin ləğvinə etiraz edib. 

Onlar arasında Türkiyənin məşhur mədəniyyət nümayəndələri də var. Cem Yılmaz, Gülben Ergen, Gökhan Özoğuz, Haluk Levent, Ceyda Düvenci, Merve Özbey, Berna Laçin, Hazal Kaya, Şahan Gökbakar, Mert Fırat, Mehmet Günsür, Demet Akbağ kimi tanınmış ulduzlar tvitterdə sözügedən həştaqla post paylaşıblar.

Həmçinin oxuyun

İran mediası Makronu şeytana bənzətdi- “Paris İblisi…”

Paytaxt Tehranda mühafizəkar bir qəzet olan “Vətən Emrooz” Fransa prezidenti Emmanuel Makronun İslam dininə qarşı …