Ana səhifə / Dünya / İmamoğlu vətəndaşlardan dəstək istədi

İmamoğlu vətəndaşlardan dəstək istədi

Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul şəhəri üzrə bələdiyyə seçkilərindəki namizədi Əkrəm İmamoğlu sosial şəbəkə vasitəsilə vətəndaşlara müraciət edib.

Belə ki, İmamoğlu 23 iyunda keçiriləcək təkrar seçkilərdə tərəfdarlarına güvəndiyini, yenidən mer seçilməsi üçün vətəndaşların səs verəcəyinə inandığını deyib.

“YSK (Türkiyə Ali Seçki Komissiyası) bir qərar verdi, haqqımızı yedi. Anamızın ağ südü kimi halal olan, qazandığımız seçkini əlimizdən aldılar. Bunları bilirik, amma indi hesablaşmaq vaxtı deyil. Qarşıya baxmaq lazımdır. 23 iyuna hazır olmalıyıq. Bütün seçicilərin səslərinə sahib çıxmalıyıq. Hər şey yaxşı olacaq. Əlbəttə, olacaq” . (Azvision.az)

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …