Cümə , Oktyabr 23 2020
Ana səhifə / Dünya / İmamoğlu “Həbs edilməkdən qorxursunuzmu” sualına belə cavab verdi:”Bütün ailəmdən halallıq almışam…”

İmamoğlu “Həbs edilməkdən qorxursunuzmu” sualına belə cavab verdi:”Bütün ailəmdən halallıq almışam…”

İstanbul şəhər bələdiyyə sədrliyinə qələbəsi ləğv edilən Əkrəm İmamoğlu həbs edilmə təhlükəsindən danışıb.

Strateq.az xəbər verir ki, o, “DW Türkçe”nin əməkdaşı Nevşin Mengünün suallarına cavab verərkən, iyunun 23-də yenidən qalib gələcəyini deyib.

İmamoğlu Türkiyəınin diktatura rejiminə çevrildiyi barədə iddiaları bölüşmədiyini qeyd edərək, bu kimi söhbətlərin birilərinin “çörəyinə yağ sürtmək” olduğunu bildirib: “Çox açıq deyirəm: Türkiyə insan haqları düşkünüdür. Türkiyə xalqı əsla diktaturanı qəbul etməyib, etməz də. Əgər bu gün Türkiyədə demokratiya problemi varsa, bunun məsuliyyəti hamımızdır”.

Daha sonra İmamoğlu “Həbs edilməkdən qorxursunuzmu” sualına belə cavab verib: “Mən heç bir şeydən qorxmuram. Evdən, uşaqlarımdan, həyat yoldaşımdan, anamdan, atamdan, qardaşımdan halallıq alıb, bu yola çıxdım. Bunun anlamını, əslində,cəmiyyət çox gözəl bilir.

Türkiyənin bügünkü durumunda  heç nədən qorxmuram. Qorxuyla heç nə idarə edilə bilməz. Zərrə qədər ruhumda qorxu yoxdur, çünki doğru etdiyimə əminəm”.

Həmçinin oxuyun

“Qarabağ məsələsi Azərbaycan sərhədləri çərçivəsində həll edilməlidir” – ABŞ-ın NATO-dakı səfiri

ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçison Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və sərhədləri çərçivəsində həll edilməli olduğunu …