Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / İmamoğlu Ərdoğanı hava limanında qarşıladı (VİDEO)

İmamoğlu Ərdoğanı hava limanında qarşıladı (VİDEO)

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri olaraq vəzifəsinin icrasına başlayan Əkrəm İmamoğlunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında qarşılayıb.

Əkrəm İmamoğlu Ərdoğanı Atatürk Hava Limanında qarşılayıb. İmamoğlu vəzifəyə başladıqdan sonra ilk dəfə prezident Ərdoğan ilə bir araya gəlib.
Qeyd edək ki, jurnalistlər İmamoğluya “Ərdoğan İstanbula gələrsə onu qarşılamağa gedəcəksinizmi?” sualı ünvanlamışdılar. O isə bəyan edib ki, vəzifəsində öhdəliyinə nə düşürsə onuda edəcək. Lazım gələrsə qucaqlamağada hazırdır.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …