Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / İkiotaqlı evə 130 nəfəri qeydiyyata salıb: böyük əksəriyyəti azərbaycanlılardır

İkiotaqlı evə 130 nəfəri qeydiyyata salıb: böyük əksəriyyəti azərbaycanlılardır

Rusiyanın Tümen şəhəri prokurorluğu 31 yaşlı Aleksey Aleksandrovla bağlı cinayət işini məhkəməyə göndərib.

Musavat.com-un yerli KİV-ə istinadən məlumatına görə, o, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 322.3-cü maddəsi ilə (əcnəbi vətəndaşların saxta qeydiyyata alınması) ittiham olunur. Araşdırma zamanı məlum olub ki, Aleksandrov özünün ikiotaqlı mənzilinə nə az, nə çox 130 nəfəri qeydiyyata salıbmış.

Qeydiyyata salınanlar arasında Qırğızıstan, Özbəkistan, Tacikistan vətəndaşlarıdır. Amma saxta qeydiyyata düşənlərin böyük əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.

Musavat.com

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …