Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Dünya / İki stəkan su üçün ofisianta 10 min dollar verdi -VİDEO

İki stəkan su üçün ofisianta 10 min dollar verdi -VİDEO

ABŞ-ın Karolina ştatına məxsus Qrinvil (Greenville) şəhərində maraqlı hadisə baş verib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ən böyük internet paylaşım platforması olan “Youtube”da müxtəlif oyunlar haqda məlumat verən Mister Bist (Mr. Beast) adlı youtuber hərəkəti ilə gündəm olub.

Belə ki, o, restoranlardan birində ona 2 stəkan su gətirən ofisiant Alaina Qasterə 10 min dollar pul verib.

Bu barədə danışan Alaina bildirib ki, bəxşişi görəndə əvvəlcə gözlərinə inanmayıb. Daha sonra o, pulun yanında bir qeyd tapıb. Qeyd də isə “Dadlı su üçün təşəkkürlər” yazısını oxuyub.

Məlumata görə, Mister Bist ilk dəfə deyil ki, belə bir addım atır. O, bundan əvvəl də kasıb və evsiz insanlara müxtəlif məbləğdə pullar verib.

Həmçinin oxuyun

Ərdoğan nazirləri toplayır – Qarabağ da müzakirə olunacaq

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Prezident İqamətgahında Nazirlər Kabinetinin toplantısı baş …