Cümə , Oktyabr 23 2020
Ana səhifə / Dünya / İki azərbaycanlı qardaşı hamının gözü qabağında… – Şok olay

İki azərbaycanlı qardaşı hamının gözü qabağında… – Şok olay

Güney azərbaycanlı milli-mədəni fəallar Əli Vasiqi və Rza Vasiqi Ərdəbildə saxlanılıb.

Teleqraf.com xəbər verir ki, Vasiqi qardaşları iyunun 10-da axşam saatlarında İran təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən öz iş yerində saxlanıldığı bildirilib.

Şahidlərin dediyinə görə, milli fəallar saxlanılmaları barədə çıxarılan hökmün göstərilməsini tələb edib, lakin təhlükəsizlik orqanlarının əməkdaşları bundan imtina ediblər. Bundan sonra Əli və Rza Vasiqi müqavimət göstərib.

Şahidlərin verdiyi məlumata əsasən, təhlükəsizlik orqanlarının əməkdaşları Vasiqi qardaşlarına qarşı güc tətbiq edərək, onları döyüb. Olay ərazidə etirazlara səbəb olub.

Milli fəalların hansı səbəbdən tutulduğu və harada saxlanıldığı barədə hələlik heç bir məlumat yoxdur.

Həmçinin oxuyun

Rusiyalı kişi rahat oturmaq üçün uşağını metro vaqonunda oturacağın altına saldı – VİDEO

Sosial şəbəkələrdə bir kişinin uşağını metro vaqonunda oturacağın altına itələdiyi barədə görüntülər yayılıb. “Podyom” “Telegram” …