Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Dünya / III Çarlz xalqa müraciət etdi – VİDEO

III Çarlz xalqa müraciət etdi – VİDEO

Böyük Britaniya kralı III Çarlz xalqa ilk televiziya müraciətində anası II Elizabeti özünün ilham mənbəyi adlandırıb.

O, ingilislərə sədaqət, hörmət və sevgi ilə xidmət edəcəyinə söz verib. Monarx bildirib ki, II Elizabetin ölümünə baxmayaraq, monarxiyanın dəyərləri sarsılmaz olaraq qalacaq. O, həmçinin ölkənin konstitusiya prinsiplərini qoruyacağına söz verib.

Kral həmçinin ABŞ-a köçən Şahzadə Harrini və həyat yoldaşı Meqan Marklı çox sevdiyini bildirib. III Çarlz oğlu Uilyama Uels şahzadəsi titulunu verdiyini də açıqlayıb.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …