Aznews.az “Milliyet”ə istinadən bildirir ki, N.K.-nın sürücüsü olduğu yük maşını və M.P.-nın idarəsindəki evakuator Ağrı dağının ətəyindəki Korhan yaylasına gedib.

Komanda yaylada olan zaman terroristlərin yerləşdirdikləri bombanın partladılması ilə evakuatorun önündə gedən yük maşını zərər görüb. Partlayışın ardından maşından düşmüş M.G. ilə çəkicinin sürücüsü M.P. terrorçuların atəş açmalarına məruz qalıblar.

Hücumdan sonra qaçmış M.G. və M.P. bölgədəki əsgərlər və təhlükəsizlik nümayəndələrinin köməyilə xilas olunublar.

Təhlükəsizlik qüvvələri hadisə yerindəki yük maşını sürücüsü N.K.-nın götürülməsi və terrorçuların zərərsizləşdirilməsi üçün hava əməliyyatına başlayıblar.