Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / İbrahim Kalın: “Türkiyə İsveç və Finlandiyadan konkret addımlar gözləyir.”

İbrahim Kalın: “Türkiyə İsveç və Finlandiyadan konkret addımlar gözləyir.”

Türkiyə İsveç və Finlandiyadan NATO-ya üzv olmaq üçün konkret addımlar gözləyir.

Bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

“NATO təhlükəsizlik təşkilatıdır. Bu, azad seçim deyil, yeni üzv olanların prinsiplərə riayət etməsi zərurətidir. Onlar bizim təhlükəsizlik problemlərimizi həll etmək üçün konkret addımlar atmalıdırlar”, – Kalın qeyd edib.

Prezidentin sözçüsü əlavə edib ki, Türkiyə İsveç və Finlandiya ilə onların NATO-ya mümkün daxil olması üçün dialoqun davam etdirilməsi imkanını nəzərdən keçirir.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …