Şənbə , Noyabr 28 2020
Ana səhifə / Dünya / Hulusi Akar:”Yunanıstan türk xalqını narahat edən təxribatlara yol verir”

Hulusi Akar:”Yunanıstan türk xalqını narahat edən təxribatlara yol verir”

“Bunun adı təhrik deyil nədir? 18 ada Yunanıstan tərəfindən silahlandırılıb. Bu gərginliyi artırır və qarşılıqlı dialoqa imkan vermir. Meis adası silahlandırılmadan təmizlənməlidir”.

Türkiyə Müdafiə Naziri Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin Antalyadakı Kaş rayonunda Topçu Kapitanı Mustafa Ertuğrul Akerin anım mərasimində iştirakdan sonra jurnalistlərin suallarını cavablandırarkən belə deyib.

Nazir bildirib ki, Türkiyə sülhün, istiqrarın tərəfində olduğu halda , Yunanıstan başqa ölkələrin, xüsusilə də Fransanın fitvasına gedərək bu gərginliklərin artırılmasına yol verir: “Makronun rəhbərliyi ilə burada təxribat törədilir. Fransa prezidenti Makronun bu addımları ilə açıq-aşkar şəxsi mənfəətini güdməsi ortadadır. Amma Makronun rəhbərliyi altında həyata keçirilən siyasətlərin nəticə vermədiyi aydındır, bunu ört-basdır etmək üçün bəzi rollar oynamağa çalışırlar”.

H.Akar bir daha bildirib ki, Türkiyə Şərqi Aralıq dənizində yaranan problemlərin danışıqlar yolu ilə həllini təklif edir, lakin Yunanıstan türk xalqını narahat edən təxribatlara yol verir: “Türkiyənin və Kipr türklərinin haqq və hüquqları tanınmalıdır”. /APA

Həmçinin oxuyun

Putin Təhlükəsizlik Şurasını yenə topladı

Rusiya Prezidenti Vladimir Putin bu gün Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə toplantıda Dağlılq Qarabağdakı …