Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Hülusi Akar: “Türkiyə sərhədləri yaxınlığında terror dəhlizinin yaranmasına yol verməyəcək”

Hülusi Akar: “Türkiyə sərhədləri yaxınlığında terror dəhlizinin yaranmasına yol verməyəcək”

Türkiyənin milli müdafiə naziri Hülusi Akar ABŞ-ın Suriya üzrə xüsusi təmsilçisi Ceyms Cefri ilə görüşüb.

“Report” Türkiyə Milli Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, tərəflər Suriyadakı vəziyyətə dair müzakirələr aparıblar.

Nazir xüsusilə Fərat çayının şərqində, İdlib və Münbiçdəki son hadisələrə toxunub, ABŞ-dan PKK-nın Suriyadakı qolu YPG ilə əlaqələrini kəsməsini, ölkənin şimal sərhədi yaxınlığında müşahidə nöqtələri yaratmaq planından əl çəkməsini gözlədiklərini bildirib.

H.Akar Türkiyə sərhədləri yaxınlığında terror dəhlizinin yaranmasına yol verməyəcəklərini amerikalı diplomatın diqqətinə çatdırıb.

Həmçinin oxuyun

Vladimir Kazimirov öldü

Tanınmış rusiyalı diplomat, ATƏT-in Minsk qrupunun Rusiyadan olan ilk həmsədri Vladimir Kazimirov 95 yaşında ölüb …