Bazar ertəsi , Dekabr 4 2023
Ana səhifə / Dünya / Hrant Dinkin qatili Ogün Samast sərbəst buraxıldı

Hrant Dinkin qatili Ogün Samast sərbəst buraxıldı

19 yanvar 2007-ci ildə “Agos” qəzetinin baş redaktoru Hrant Dinki qəzet binası qarşısında silahlı basqın nəticəsində qətlə yetirən Ogün Samast Bolu həbsxanadan şərti olaraq azadlığa buraxılıb.

Hrant Dinki öldürən zaman Ogün Samastın 17 yaşı var idi. Qətl hadisəsindən 36 saat sonra Ogün Samast saxlanılıb. Belə ki, öz atası qətlin şübhəlisi olaraq öğlunun görüntülərinin televiziyadan yayınlandığını görüb və polisə məlumat verib. O, qətlin şübhəlisi olaraq 2007-ci il yanvarın 20-də Samsun rayonundakı avtovağzalda tutulub. Məlum olub ki, qətl şübhəlisi Trabzona getmək üzrəymiş və hadisəni törətdiyi silah da saxlanılan vaxt O.Samastın üstündə olub. 

O.Samast cinayəti həyata keçirdiyini məhkəmədə etiraf edib və heç bir peşmanlıq duymadığını ifadə edib.

2007-ci il yanvarın 24-də həbs edilən Ogün Samast fevralda cəzasını çəkdiyi Kandıra rayonundakı F tipli həbsxanadan Bolu rayonundakı F tipli həbsxanaya köçürülüb.

16 il 10 ay həbsdə olan Samastın vaxtından 1 il əvvəl yaxşı davranışı səbəbilə şərti azadlığa buraxılması nəzərdə tutulub və o, həbsxana rəhbərliyi tərəfindən sınaq mərhələsindən keçib.

Fərdi inkişafı üçün aparılan müşahidələr zamanı davranışının yaxşı olduğu müşahidə edilən Samastın şərti azadlığa buraxılma şərtlərini yerinə yetirdiyi nəzərə alınaraq azadlığa buraxılmasına qərar verilib. 

O, Bolu F Tipi Həbsxanasından axşam saatlarında sərbəst buraxılıb. Ogün Samast həbsdən çıxarkən ailəsi tərəfindən qarşılanıb. 

Hrant Dink kimdir?

Erməni əsilli jurnalist Hrant Dink 15 sentyabr 1954-cü ildə Türkiyənin Malatya şəhərində anadan olub. O, “Aqos” qəzetinin baş redaktoru idi.

Hrant Dink, qondarma “erməni soyqırımı”nın Türkiyədə tanınması, Türkiyə ermənilərinə daha çox imtiyazlar verilməsi üçün çalışıb.

O, “Aqos” redaksiyasının qarşısında başına və boynuna 3 güllə yarası alması nəticəsində hadisə yerində ölüb. Dinkin cəsədinin yanından 4 boş patron tapılıb. Musavat.com

Həmçinin oxuyun

Rus gözəli dar şalvarda: ərəb şeyxləri ona görə sıraya düzüldü – FOTO

Elə gün olmur ki, 37 yaşlı İrina Şeykin sosial mediadakı paylaşımı “partlamasın”. Məşhur supermodel hətta …