Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / Hindistanda leysana görə 45 nəfər itkin düşüb, 35-i tələbədir

Hindistanda leysana görə 45 nəfər itkin düşüb, 35-i tələbədir

Hindistanda güclü yağışlar nəticəsində xeyli insan itkin düşüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Himaçal-Paradeş ştatının Laxul və Spiti bölgələrində 45 nəfərdən heç bir xəbər yoxdur. Bildirilir ki, itkin düşənlərin 35-i Texnologiya Universitetinin tələbələridir.

Daha əvvəl Hindistan mediası güclü yağışlardan sonra yaranan sürüşmədə 11 nəfərin öldüyünü yazmışdı. Ölkənin bir çox ştatında fövqəladə vəziyyət elan olunub.

 

Həmçinin oxuyun

“Paşinyan da bunu başa düşür” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Cənubi Qafqaz regionunda yeni nizam yaradılır və Ermənistanın …