Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Hindistanda Leninin heykəlini sökdülər, kəlləsini təpiklədilər

Hindistanda Leninin heykəlini sökdülər, kəlləsini təpiklədilər

Hindistanın Beloniya şəhərində Hind Xalq Partiyasının tərəfdarları seçkidə qələbələrini qeyri-adi yolla qeyd ediblər.

Avropa.info xəbər verir ki, partiya üzvləri meydanların birində bolşeviklərin liderin Vladimir Leninə qoyulmuş heykəli aşırıblar. Bu barədə “The India Express” məlumat verib.

Şahidlərin sözlərinə görə, şəhər mərkəzində 5 ildən çoxdur qoyulan Leninin heykəli ekskavatorla söküldükdən sonra heykəlin başı qopub. Söküntünü iştirakçıları yerə düşən “sovet rəhbəri”nin kəlləsi ilə futbol oynamağa başlayıblar.

Baş verən hadisəni “kommunizm fobiyası” adlandıran Hindistan Kommunist Partiyası hakimiyyəti müdaxilə etməyə çağırıb.

Həmçinin oxuyun

Simonyan Rusiyaya işğalçı dedi – Moskvadan qorxaq cavab 

Alen Simonyan bütün ağlasığmaz sərhədləri keçib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının …