Ana səhifə / Dünya / “Heydər Əliyev kimi olmaq istəyərdim…” – Röya

“Heydər Əliyev kimi olmaq istəyərdim…” – Röya

Əməkdar artist Röya Ayxan Türkiyənin maqazin jurnallarından birinə müsahibə verib.

“Qafqazinfo” “25 sualda Röya” adlı müsahibəni təqdim edir:

1) Sizi bu günlərdə nə təəccübləndirir və nə təəccübləndirmir?

-Mən çox təəccüblənən deyiləm. Türkiyədəki diqqət məni sadəcə təccübləndirir.

2) Sizin üçün kariyera, sevgi, yoxsa azadlıq daha önəmlidir?

– Hamısı bir-birinə aşiqdi, mən də onlara…

3) Kişilərdən bü günə kimi nə öyrəndiz?

-Bəzən kişilərdən daha çox kişi olduğumu öyrəndim.

4) Qadınların ən heyranedici özəlliyinin nə olduğunu düşünürsüz?

– Ağıllı olub axmaq görünən qadınlardan ötrü ürəyim gedir. Əsil ağıl budur, çünki görüntüdə ağıllı olmağı heç kəs sevmir.

5) Sevgi adına etdiyiniz ən çılğın hərtəkət hansıdır?

– Mən etmədim. Əhəmiyyət verdiklərim arasında bu yoxdur.

6) Necə kişilərə dözə bilmirsiz?

– Çox danışan kişilərdən xoşum gəlmir. Qadının arxasında durmayan kişiləri sevə bilmirəm.

7) Kişi olsaydız kim kimi olmaq istərdiniz?

-Çox çətin sualdır. Qəhrəman, lider olan şəxslərdən biri olmaq istərdim. Heydər Əliyev və Atatürk kimi…

8) Sabah ritualınız necədir?

-Səhər yuxudan oyananda 10 dəqiqə əsəsbi oluram. Daha sonra qəhvə içirəm, özümə gəlirəm.

9) Örnək aldığınız adlar var?

– Uitni Hyuston…

10) “İçimdə bu duyğu da varmış” dediyiniz olub?

– Axır vaxtlar həssas olmağa başlamışam. Əvvəl belə deyildim.

11) Qəlbinizi ən sürətli nə və kim döydürüb?

-Oğlum və mahnılarım…

12) Birdən çox sevgi hissi yaşadız?

-Yaşadım, yaşayıram, yaşayacam da…

13) Şans gətirən bir əşyanız var?

-Əşyalarım xüsusi məna daşımır. Ancaq son vaxtlar oğlumun əli ilə hazırladığı əşyalara önəm verirəm.

14) Sevgidən sonra peşmançılıq hissi olub?

-Hamısının hökmü və gərəyi var. Peşman olmaq yerinə dərs almaq lazımdır.

15) Nədən qorxursuz?

-Tək qalmaqdan…

16) Bir stil tövsiyə edə bilərsiz?

-Mən dəyişiklikdən xoşum gəlir. Qadınlara tövsiyəm odur ki, geyinməyi bacarmadığı hündürdabanlı ayaqqabılardan istifadə etməsinlər.

17) Bir qadının qarderobuna gizli girsəydiz kimi seçərdiz?

-Cenifer Lopez.

18) Axır vaxtlar başınız nə ilə məşğuldur?

-Türkiyədə gördüyüm sevgi və diqqət məni həyəcanlandırır.

19) Dünyanı idarə etməli olsaydınız ilk nəyi dəyişərdiniz?

– Hər işin başına qadınları qoyardım.

20) Yaxşı, bir kişinin yataq otağına gizli baxsaydız kimi seçərdiz?

-Belə bir şey düşünməmişəm.

21) Digər xanımlardan fərqiniz nədir?

-Dedi-qodu sevmirəm, saatlarla oturub onun-bunun qeybətini etmərəm.

22) Həyatnızın ən gözəl dövrü hansıdır?

– 16 yaşımda bir bəstəkarın yanına getdiyim gündür. O an həyatımın dəyişəcəyini hiss etmişdim.

23) Heç şöhrət kartınızdan istifadə etmisiz?

– Heç vaxt, etməkdə istəmərəm.

24) İnsanlar haqqında səhv bildiyiniz bir şey var?

– İnsanlar məni düşüncəsiz bilir. Ancaq mən çox detallı düşünən və özümü başqalarının yerinə qoya bilirəm. Axşamlar əyləncə məkanlarına getmərəm. Amma hamı məni hər gün belə məkanlarda olduğumu düşünür. Həyatımı qapalı yaşamağı sevirəm.

25) İndi göy üzünə baxıb nə diləyərdiz?

– Bütün dünyada barış istəyirəm…

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …

Bir cavab yazın