Çərşənbə , Fevral 28 2024
Ana səhifə / Dünya / “HƏMAS razılaşmanı pozdu” – Netanyahu

“HƏMAS razılaşmanı pozdu” – Netanyahu

“HƏMAS razılaşmanı pozdu”.

“Qafqazinfo” xarici KİV-ə istinadın xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

O, HƏMAS-ın daha heç bir İsrailli girovu azad etmək istəmədiyini, bunun atəşkəs şərtlərinin pozulması demək olduğunu bildirib.

Netanyahu vurğulayıb ki, HƏMAS razılaşdığı kimi bütün qadın girovları azad etməyib və İsrailə raket zərbələri endirməyə davam edib.

“Girovların azad edilməsi, HƏMAS-ın məhv edilməsi və Qəzzanın İsraildə yaşayanlar üçün bir daha heç vaxt təhlükə yaratmamasını təmin etmək kimi məqsədlərə çatmaqda qərarlı olduğumuzu bildiririk”, – Netayahu əlavə edib.

Xatırladaq ki, İsraillə HƏMAS arasında 7 gün davam edən atəşkəs bitib və müharibə yenidən alovlanıb.

Həmçinin oxuyun

Aleksey Navalnının nəşi anasına verildi

Aleksey Navalnının nəşi anasına verilib. Bu barədə siyasətçinin komandası “Telegram” kanalında məlumat yayıb. Onun harada …