Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Dünya / “HDP PKK-ya bərabərdir, xalqım düşünsün” – ƏRDOĞAN

“HDP PKK-ya bərabərdir, xalqım düşünsün” – ƏRDOĞAN

“Xalqların Demokratiyası Partiyası (HDP) terror təşkilatı PKK-ya, YPG/PYD-yə bərabərdir. Bu bərabərlikdə Cümhuriyyət Xalq Partiyasının yeri hardadır, qoy xalqım düşünsün”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NTV və STAR TV-nin birgə yayınmındakı müsahibəsində bildirib.

O, HDP-nin əvvəldən “6-lı masa”nın ortağı olduğunu qeyd edib.

Ərdoğan, həmçinin, 14 mayda keçiriləcək seçkilərdə Cumhurittifaqının qalib gələcəyinə dair şübhəsinin olmadığını vurğulayıb.

Bundan əlavə, o, digər siyasi partiyaların Qarabağ, Liviya, PUA-lar və digər milli məsələlər ilə bağlı problemlərinin olmadığını deyib.

Onun sözlərinə görə, bu məsələ Cumhurittifaqına qatılmaqlarında da problem yaratmır.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …