Ana səhifə / Dünya / HDP-nin bağlanması tələbilə yenidən Konstitusiya Məhkəməsinə müraciət edilib

HDP-nin bağlanması tələbilə yenidən Konstitusiya Məhkəməsinə müraciət edilib

Türkiyə Ali Məhkəməsi Baş Prokurorluğu Xalqların Demokratik Partiyasının (HDP) bağlanması tələbilə yenidən Konstitusiya Məhkəməsinə müraciət edib.

“Anadolu” agentliyinin məlumatına görə, müvafiq iddianamə artıq məhkəməyə göndərilib.

Məlumatda bildirilir ki, 850 səhifəlik iddianamədə 500-ə yaxın partiya üzvünün siyasi fəaliyyətinə qadağa qoyulması tələb edilir. Sənəddə, həmçinin partiyanın bank hesablarının dondurulması istəyi öz əksini tapır.

Qeyd edək ki, hazırda HDP Türkiyə Böyük Millət Məclisində 54 deputatla təmsil olunur.

Həmçinin oxuyun

İranın yeni prezidenti seçildi

İbrahim Rəisi İranda keçirilən prezident seçkilərində qalib gəlib. İlkin nəticələrə əsasən, məhkəmə hakimiyyətinin rəhbəri İbrahim …