Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Dünya / “Hayıstan” Fondu Azərbaycan torpaqlarına 14 milyon dollar vəsait qoyacaq

“Hayıstan” Fondu Azərbaycan torpaqlarına 14 milyon dollar vəsait qoyacaq

“Hayıstan” Fondu Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına 14 milyon dollar məbləğində vəsait qoyacaq.

Bu barədə fondun rəhbəri Haykak Arşamyan məlumat verib. Onun sözlərinə görə, ianələrədn yığılan bu vəsaitlə Qarabağda “iki önəmli layihə” reallaşdırılacaq. “Bərəkətli Arsax” adlı layihə əsasında Martuni və Əsgəran ərazilərində 200 hektar əkinə yararlı əraziyə suvarma sistemi çəkiləcək.

İkinci layihə isə Qarabağda günəş enerjisinin əldə edilməsi ilə bağlı olacaq.

Məlumat üçün qeyd edək ki, rəsmi Bakının dəfələrlə etdiyi xəbərdarlıqlara rəğmən işğalçı Ermənistan zəbt edilən Azərbaycan torpaqlarında müxtəlif layihələr həyata keçirməkdədir. Təəssüflər olsun ki, nə beynəlxalq təşkilatlar, nə də dünya gücləri bu qanunsuz layihələrin gerçəkləməsinə əngəl törətmir. (Moderator.az)

Həmçinin oxuyun

Putin: Navalnını Qərb ölkələrində saxlanılan rusiyalılarla dəyişməyə razılaşmışdım, amma o öldü

Rusiya Prezidenti Vladimir Putin həbsxanada vəfat edən Aleksey Navalnın mübadiləsinə razılıq verdiyini söyləyib. Bu barədə …