Bazar ertəsi , Dekabr 17 2018
Ana səhifə / Dünya / Hava ilə bağlı ciddi xəbərdarlıq: şiddətli soyuqlar gəlir

Hava ilə bağlı ciddi xəbərdarlıq: şiddətli soyuqlar gəlir

NASA yeni iqlim araşdırması ilə bağlı hesabatını yayımlayıb.
Hesabata görə 18-ci əsrdə müşahidə olunmuş “Mini buz dövrü” yenidən yaşana bilər.
Mütəxəssislər Günəş ləkələri və Yerin ən üst təbəqəsi olan Termosferdə araşdırmalar aparıblar. Araşdırmalar nəticəsində Termosfer qatının soyuyaraq daraldığı, Günəş ləkələrinin isə ən aşağısəviyyəli hərəkətlilikdə olduğu üzə çıxıb.
Müxtəlif dövrlərdə azalıb çoxalan bu ləkələr iqlim şərtlərində önəmli rola malikdir. Ləkələrin az görünməsi və ya heç görünməməsi Yer kürəsinin istilik səviyyəsini müəyyənləşdirir. Belə ki, Termosfer qatı günəşdəki ləkələrin hərəkətliliyindən asılı olaraq isinir, bu hərəkətlilik az olduqda isə soyuyur. Mütəxəssislər belə bir şeyə sonuncu dəfə 18-ci əsrdə rast gəlindiyini və o dövrün tarixə “Mini buz dövrü” kimi keçdiyini xatırladıblar.
NASA xəbərdarlıq edir ki, vəziyyət bu cür davam etsə, bir neçə ay ərzində rekord soyuqlar müşahidə olunacaq.
VIPedu.BIZ

Həmçinin oxuyun

“Paşinyana dedim ki, heç vaxt səni dəstəkləmərəm” – Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko tən gün Minskdə rusiyalı jurnalistlərlə görüşündə KTMT baş katibi məsələsi ətrafında …