Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / “Haradan baxsan, bir vicdansızlıq var” – Məşhur aparıcıdan seçkiyə sərt reaksiya

“Haradan baxsan, bir vicdansızlıq var” – Məşhur aparıcıdan seçkiyə sərt reaksiya

“FOX TV”nin məşhur aparıcısı, prezident Ərdoğanın sərt tənqidçisi Fatih Portakal AKP-nin etirazı səbəbi ilə YSK-nın İstanbuldakı seçkinin nəticələrinin yenidən sayılması qərarına özünəməxsus reaksiya verib.

O, sosial media hesabından Yüksək Seçki Kurulunun (YSK) İstanbulda təkrar səs sayılması haqda qərarını kəskin tənqid edib: “Bu necə bir YSK davranışı? İstanbulda səslərin təkrar sayılmasına icazə verilir, ancaq Balıkesirdə İYİ Partiyanın, Muşda isə HDP-nin etirazlarına baxmayaraq, belə bir izn verilmir?!  Axı bu icazənin verilməməsinin səbəbi nə ola bilər?  Haradan baxsan, bir hüquqsuzluq, haradan baxsan, bir vicdansızlıq var”.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …