Ana səhifə / Dünya / Hakan Şükürün yeni işi… – Fotolar

Hakan Şükürün yeni işi… – Fotolar

Hakan Şükürün sosial şəbəkədə yayılan yeni fotosu böyük maraq və təəccüb doğurub.

Bir zamanlar milyonlar qazanan eks futbolçu indi Amerikada tort satmaqla məşğuldu.

Yaşıl sahənin ən güclü futbolçularından biri, o vaxtlar milyonlar qazanan Hakan Şükür karyerasını başa vurduqdan sonra da Türkiyənin əsas şəxslərindən biri idi. O, hakim partiyadan millət vəkili seçildi, lakin onun siyasi karyerası da uzun çəkmədi. AKP-dən istefa verən eks futbolçu səs-küylü açıqlamalardan sonra ABŞ-a yollandı. ABŞ-a gedən futbolçudan isə bu dəfə media əl çəkmədi. Bildirilir ki, indi Hakan Şükür Kaliforniya ştatında kafe açaraq tort, müxtəlif şirniyyatlar satır. Eks futbolçu həmçinin masaları bir-bir gəzərək müştərilərin məmnun qalıb-qalmadığını soruşur.

Qeyd edək ki, Hakan Şükür iki il əvvəl Türkiyədəki evlərini satıb, banklardan pulunu çəkib Amerikaya qaçmışdı. O, Türkiyəyə dönməyəcəyini açıqlamışdı.Musavat.com

 

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …