Bazar ertəsi , May 27 2024
Ana səhifə / Dünya / Hakan Fidandan savaş xəbərdarlığı: “Məsələ belə həll edilməsə…”

Hakan Fidandan savaş xəbərdarlığı: “Məsələ belə həll edilməsə…”

Müstəqil Fələstin dövləti tanınmasa, bölgəmizdə böhranlar artmaqda davam edəcək.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“Prioritetimiz İsrail işğalına son qoymaq və ikidövlətli həll formulunu həyata keçirmək olmalıdır. Əgər bu baş verməsə, dünən Yəməndən edilən hücumlar, bu gün İran-İsrail gərginliyi, sabah başqa bir müharibə, ertəsi gün vətəndaş iğtişaşları, bunların hamısı davam edəcək. Türkiyə olaraq əvvəldən həmişə eyni şeyi deyirik. Əgər bu böhran layiq olduğu kimi həll edilməsə, fələstinlilərə layiq olduqları dövlət, müstəqillik və suverenlik verilməsə, bölgəmizdə belə böhranlar artmaqda davam edəcək”, – nazir bildirib.

Həmçinin oxuyun

Subasma səbəbindən azərbaycanlıların kompakt yaşadığı 15 kəndlə əlaqə kəsildi – VİDEO

Güclü yağış Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli, Bolnisi, Dmanisi və Tetriskaro rayonlarında ciddi fəsadlara səbəb …