Çərşənbə , Oktyabr 23 2019
Ana səhifə / Dünya / Hacıqabuldakı Türk Şəhidliyinin lövhələri sökülüb – vandalizm

Hacıqabuldakı Türk Şəhidliyinin lövhələri sökülüb – vandalizm

Hacıqabul rayonunda inşa edilmiş Türk Şəhidliyinin lövhələri sökülüb. Bu barədə Musavat.com-a Türkiyənin ölkəmizdəki səfirliyindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, 1918-ci ildə Türkiyədən Azərbaycana, daha sonra isə Bakıya gələrək Azərbaycan xalqını erməni-bolşevik zülmündən qurtaran Qafqaz İslam Ordusunun qəhrəman əsgərlərinin şərəfinə inşa edilmiş Türk Şəhidliyinin lövhələri sökülüb.

Hadisənin nəyə görə, hansı səbəbdən baş verdiyi üzrə araşdırmalar aparılır.

Qeyd edək ki, Hacıqabul rayonunda Türk şəhidliyi 2017-ci ilin 31 mart tarixində açılıb. Həmin zaman Qubalı-Baloğlan kəndində səfirlik tərəfindən qəbirlərin üzərində ucaldılan abidənin açılışına Türkiyənin Azərbaycan səfir Erkan Ozoral, hərbi ataşe general Zəfər Ocak, Hacıqabul icra başçısı Əhməd Muxtarov, səfirlik işçiləri və kənd sakinləri qatılıb.

Qubalı-Baloğlan kəndində 1918-ci ildə erməni-daşnak silahlı birləşmələrinə qarşı döyüşdə Qafqaz İslam Ordusunun 6 əsgəri və onlarla birgə döyüşən 6 Azərbaycan əsgəri şəhid olub. Kənd sakinlərindən biri – həmin dövrün şahidi olmuş Hənifə Mövlayev, adları bu gün də məlum olmayan şəhid əsgərləri öz həyətyanı sahəsində dəfn edib.
Musavat.com

Musavat.com bu barədə əlavə məlumat verəcək

 

Həmçinin oxuyun

Putinlə 6 saatlıq görüş: Ərdoğan tarixi razılaşmanı açıqladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir …